“Qarabağ”ın ispaniyalı futbolçusu Xayme Romeroya daha bir klubdan təklif gəlib.

Xorvatiyanın “Xayduk” Split komandası təcrübəli yarımmüdafiəçini heyətində görmək istəyir. Adıçəkilən komandanın italiyalı baş məşqçisi Paolo Tramedzani hələ Kiprin “Apoel” klubunda çalışarkən Romeronun oyununu bəyənib. Əgər o, “Xayduk”da işini davam etdirərsə, növbəti mövsüm ispaniyalı futbolçununu komandaya gətirməyə çalışacaq. Qeyd edək ki, mövsümün sonunda “Qarabağ”dan ayrılacağı gözlənilən Romeroya Kiprin “Apollon” klubu da maraq göstərir.